Daha 3 məhkum xəstəlikdən ölüb

Azərbaycanda daha bir neçə məhkum xəstəlikdən ölüb.
 
1950-ci il təvəllüdlü Pərviz Rəhman oğlu Əliyev, 1951-ci il təvəllüdlü Məhəmməd Əhməd oğlu Əhmədov və 1966-cı il təvəllüdlü Mehman Qəhrəman oğlu Hüseynov xəstəlikdən ölüblər.
Onların üçü də Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılıblar.