Daha 2 ölkə Rus DİPLOMATLARINI ÖLKƏDƏN QOVACAQ

Baxış sayı:
3256

İngiltərə ilə Rusiya arasında yaşanan casus böhranından sonra iki ölkə qarşılıqlı olaraq bir-birinin diplomatları haqqında deportasiya qərarı verib, Avropa Birliyi isə Rusiyadakı səfirini geri çəkmişdi. Son olaraq Latviya və Çexiya də ölkələrindəki Rus diplomatların çıxarılacağını açıqlayıb.
 
İngiltərənin Salisbury şəhərində keçmiş Rus casusu Sergei Skripalin zəhərlənməsinin ardından 23 Rus diplomat İngiltərədən deportasiya edilmişdi.
İngiltərənin deportasiya qərarının ardından, Latviya da hadisə səbəbi ilə bir və ya bir neçə Rus diplomatın ölkədən deportasiya ediləcəyini açıqlayıb.
Digər tərəfdən Çexiyanın baş naziri Andrej Babis, ölkəsinin də böyük ehtimalla Rus diplomatları deportasiya edəcəyini bildirib.
Müxalifət.az