Daha 10 şagird və 1 işçidə koronavirus aşkarlanıdı

Baxış sayı:
223

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.
 
Nazirlikdən bildirilib ki, 15 şagirdin, 1 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.
Daha 10 şagird və 1 işçidə koronavirus aşkarlanıb.
 
Distant təhsilə keçirilmiş siniflərin sayı 7-dir.
 
Ümumilikdə indiyə qədər ölkə üzrə bir məktəb, 19 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.