Dağlıq Qarabağın qondarma rejimini “MƏXMƏRİ İNQİLAB” QORXUSU SARDI

Baxış sayı:
8476

"Jamanak” qəzetinin məlumatına görə, Dağlıq Qarabağın separat rəhbərliyi, qondarma qurumun keçmiş ordu komandanı Samvel Babayanın azadlığa buraxılmasından sonar onun Xankəndinə gedə və orada “məxməri inqilab” başlada biləcəyindən əndişələnirlər.
Qondarma rejimin rəhbərliyi Babayanın Qarabağa qayıdışının oradakı ictimai-siyasi vəziyyəti gərginləşdirəcəyini düşünür. Ona görə də Babayanın azadlığından sonra onlar üçün baş ağrısı olmayacağına dair Ermənistan rəhbərliyindən aydın zəmanət istəyirlər. Çünki təhlükənin nə qədər real olduğunu anlayırlar. O kontekstdə ki, artıq qondarma qurumun rəhbərliyinə Ermənistanın yeni inqilabçı hökümətindən heç bir siyasi dəstək yoxdur.
Müxalifət.az