"Dağlıq Qarabağda status-kvo ermənilərin xeyrinədir"- erməni professordan həyasız açıqlama

Baxış sayı:
9391

Erməni-Rusiya univeristetinin kafedra müdiri Arman Navasardyan bildirib ki, Lavrovun "Dağlıq Qarabağ münaqişəsinin" 3 tərəfin - Azərbaycan, Ermənistan və qondarma “DQR” in- razılığı ilə həll olunması variantını doğru sayır. Muxalifet.az bu barədə tert.am-a isinadla xəbər verir. O hesab edir ki, qondarma “Dağlıq Qarabağ” məsələsinin indi həll olunması real deyil və vəziyyətin indiki “status-kvo”da saxlanılması ermənilərin xeyrinədir. "Əsas odur ki, status-kvo dəyişməsin və o nə qədər uzun müddət davam etsə, o qədər də Ermənistanın xeyrinədir. Ermənilər o müddətdə bu torpaqlarda daha çox özününkiləşdirmə işləri aparacaqlar”, deyə o bildirib. “Bu qarmaqarışıqlıqda Bakı türkdilli ölkələrin sammitində Özbəkistanı da öz sıralarına çəkməyə çalışır. Türkiyə və Azərbaycanın apardığı türkçülük siyasəti Rusiyanın əleyhinədir və Rusiya bu türkçülük siyasətini nəzarət altında saxlamağa çalışır. Biz həm Türkiyədən qorunnmaq üçün KTMT-nin tərkibində qalmalıyıq, həm də ABŞ-la əlaqələrmizi inkişaf etdirməliyik”, deyə Navasardyan özlərinin erməni kimliyinin həyasız və hiyləgər iş üzünü ortalığa qoyub. Muxalifet.az