Dağlıq Qarabağda erməni əsgər intihar etdi

Baxış sayı:
10183

Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsində erməni hərbçisi intihar edib. Muxalifet.az xəbər verir ki, bu barədə “Aysor”a nəşri informasiya yayıb. Ermənistan İstintaq Komitəsinin yaydığı məlumata görə, 2000-ci il təvəllüdlü Erik Arutyunyan özünü öldürüb. İntiharın təfərrüatları məlum deyil. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin özünüöldürmə həddinə çatdırmaq maddəsi üzrə cinayət işi başlanılıb, istintaq aparılır.