Dağlıq Qarabağ ətrafındakı 5 rayon... - Ermənistan QORXU İÇİNDƏ

Baxış sayı:
16684

Erməni ekspertlər paranoik şəkildə Türkiyənin Ermənistan üçün ciddi təhlükəyə çevrildiyini bildirməyə başlayıblar.

İstiPress-in məlumatına görə, bu barədə “Armİnfo”ya müsahibə verən Şərqşünaslıq İnstitunun direktoru, akademik Ruben Safrastyan bildirib ki, Ankara Ermənistan üçün həm də hərbi təhlükə mənbəyidir:

“Ermənistanın sərhədlərini bağlı saxlayan Türkiyə Ermənistanın mürəkkəb coğrafi və geosiyasi vəziyyətindən yararlanır. Bununla da İrəvanın siyasi kursunda dəyişiklikyiyə nail olmağa çalışır. Bu cür siyasət çağdaş dünyada tez-tez rastlanmır. Bu cür siyasət zamanla daha aqressiv ola bilər və özünə hərbi komponentlər də daxil edə bilər”,- deyə Safrastyan vurğulayıb.

Safrastyanın bu sözləri Rusiyanın ermənipərəst “Regnum” portalının şərhçisi Stanislav Tarasovu da təəccübləndirib:

“Belə çıxır ki, Ankara Ermənistanı bilərəkdən Rusiyanın qucağına itələyir və guya türklərin Ermənistanla sərhədi bağlaması bu məqsədə xidmət edir”.

Təbii ki, Tarasov Paşiyanın sözləri ilə başa salır ki, Ankara Ermənistanla sərhədləri məhz Azərbaycan torpaqlarının işğalına görə bağlayıb. Bu sərhədlərin açılması üçün Ankaranın şərti Madrid prinsipləri çərçivəsində Dağlıq Qarabağ ətrafındakı 5 rayonun Azərbaycana qaytarılmasıdır.

Lakin məqalədən belə görünür ki, Paşiynan Türkiyə ilə münasibətləri heç bir şərt qoymadan başlamağı təklif edir. Yəni ermənilər soyqırım iddiasından imtina edir, Türkiyənin də Qarabağ şərtlərindən vaz keçməsini istəyirlər.

Lakin Türkiyənin soyqırım məsələsində mövqeyi bəllidir - hər an Ermənistanla beynəlxalq məhkəməyə getməyə hazırdır. 1920-30-cu illərdə erməni diasporunun müraciət etdiyi bütün məhkəmələr soyqırım iddialarının yalan olduğunu ortaya çıxarır - aydın olur ki, cəmi 50 min erməni həyatını itirib, ölən türk, kürd və çərkəzlərin sayı isə qat-qat çoxdur.

Bu baxımdan Türkiyənin Qarabağ şərtlərindən imtina edəcəyinə inam yoxdur. Erməniləri qorxudan bir məsələ var - əgər Qarabağ ilə bağlı müharibə yenidən alovlanarsa və Azərbaycan Naxçıvan istiqamətdən hücum edərsə, Türkiyə istər-istəməz münaqişə tərəfinə çevriləcək. O isə Ermənistan üçün məhşər günü ilə müqayisə edilə bilər.