Dağlıq Qarabağ separatçılarının “dayağı” öldü

Erməni biznesmen Levon Ayrapetyan ölüb.
Ermənistan KİV-i xəbər verir ki, bu barədə iş adamının ailəsindən məlumat verilib.
Bildirilib ki, 68 yaşında ölən Ayrapetyan Moskvada dəfn olunacaq.
Məlumat üçün bildirək ki, erməni iş adamı Dağlıq Qarabağdakı qondarma rejimi maliyyələşdirən əsas fiqurlardan biri idi. O həmçinin erməni diasporunun 10 ən varlı fəallarından hesab edilirdi.