Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri...

Baxış sayı:
8200

Bu il mayın 12-də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində atəşkəs haqqında saziş əldə edilməsinin 25 illiyi tamam olub.
Azərbaycan o vaxt son dərəcə vacib olan bu sazişi bağlayarkən bunu əsas götürürdü ki, cəbhə xəttində hərbi əməliyyatların dayandırılması danışıqlar prosesinin daha da fəallaşdırılması üçün əlverişli şərait yaradacaq və yaxın gələcəkdə münaqişənin siyasi yolla həllinə nail olmağa kömək edəcək.