“Dağlıq Qarabağ məsələsinin həlli həm də Azərbaycan xalqı üçün məqbul olmalıdır” – PAŞİNYAN: “Ümidvaram ki, Azərbaycan prezdenti də belə bəyanatla çıxış edəcək...”

Baxış sayı:
621

“Dağlıq Qarabağ məsələsi Ermənistanın təhlükəsizliyi, ölkəmizin və xalqımız gələcəyi üçün ən vacib məsələsidir”.

Muxalifet.az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan Ermənsitanda olan bir qrup jurnalistlərlə görüşündə deyib.
“Mən demişəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Ermənistan xalqı, Dağlıq Qarabağ xalqı və Azərbaycan xalqı üçün məqbul olmalıdır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki,  Dağlıq Qarabağ məsələsinin həllinin həm də Azərbaycan xalqı üçün məqbul olmasını bəyan edən ilk erməni lideriyəm. Bunun üçün Ermənistanda məni tənqid edirlər. Onlar deyiblər ki, Ermənsitanın lideri Azərbaycan xalqı üçün niyə narahat olmalıdır. Mən əminəm ki, əgər biz tərəflərdən birinin qələbəsi və ya məğlubiyyəti haqqında deyil, məhz münaqişənin həll yolundan danışırıqsa, davamlı sülh və sabitlik istəyiriksə, biz Ermənistan xalqı, Dağlıq Qarabağ xalqı və Azərbaycan xalqı üçün məqbul olan həll tapmalıyıq”.
Paşinyan ümidvar olduğunu bildirib ki, Azərbaycan prezdenti də belə bəyanatla çıxış edəcək: “Mən əvvəlcə Ermənistan xalqı, Dağlıq Qarabağ xalqı, sonra isə Azərbaycan xalqı dedim, o da əksini söyləsin. Qoy o, desin ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan xalqı, Dağlıq Qarabağ xalqı, Ermənsitan xalqı üçün məqbul olmalıdır. Əgər o, bunu deyirsə, danışıqlar prosesində həqiqi bir irəliləyiş əldə etmək şansımız ola bilər. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mənim düsturum budur. Bu isə deməkdir ki, mən nə Serj Sarkisyanın, nə Robert Koçaryanın, nə də Levon Ter-Petrosyanın düstüründən istifadə etmək niyyətində deyiləm”.
Bu yanaşmanı bir az açıqlamağın mümkün olub-olmasına dair sualı isə Nikol Paşinyan belə cavabandırıb: "Mən danışıqlar prosesinin konsepsual əsaslarından danışıram. Əgər mən deyirsəm ki, hər hansı bir həll üç xalq üçün məqbul olmaldır, onda belə bir həll istədyimizi söyləmək o qədər də konstruktiv deyildir. Mən Azərbaycan prezidenti və ATƏT-in Minsk qrupunun həmsədrlərini münaqşənin üç tərəfi üçün məqbul olan bir həll üzlərində işləməyi təklif edirəm. Əgər belə hazır variantlar olsaydı,  bu fərqli bir vəziyyət olardı. Lakin əgər mən belə deyirsəm, deməli, bunun üzərində işləməliyik. Bu çox çalışmaqla əldə edilə bilən nəticədir və tərəfdəşlarımızı, dostlarəmızı bunun üzərində işləməyə dəvət edirəm. Mən yalnız Azərbaycan prezidenti deyil, Dağlıq Qarabağın Prezidenti, həmçinin ATƏT-in Mins qrupunun həmsədrlərini nəzərdə tutaram"

Muxalifet.az