Dağlarda 15 min terrorçu var idi, indi 700-ü qaldı- Soylu

Baxış sayı:
4501

Əvvəllər dağlarda 15 min terrorçu var idi, indi 700-ü qalıb.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Daxili İşlər naziri Süleyman Soylu deyib.
“İki yaxa dağlarından Təndürək dağlarına qədər övladlarımız 3-4 metr hündürlükdə olan qarda müjdəli xəbəri vermək üçün çalışırlar. Türk əsgərlər terrorçuların təmizlənməsi üçün əllərindən gələni edir. 2018-ci ildə 190, 2017-ci ildə 170 terrorçunu valideynləri təslim olmaq üçün razı saldı. Biz əlimizdən gələni etməyə çalışdıq”,- deyə Soylu bildirib.