Dağıstanlı məşhur "avtoş" 19 yaşlı gənci vurub öldürdü - VİDEO

Baxış sayı:
13453

Təhlükəli manevrləri, sürət həddini aşması, qorxulu ötmə əməliyyatlarına dair çoxsaylı videoları ilə məşhur olan “avtoş” Mahmud İmanəliyev 19 yaşlı gənci avtomobillə vurub öldürüb.

Bu barədə "Komsomolskaya Pravda" nəşri məlumat yayıb. Qəza hadisəsi yerli sakinlərin qəzəbinə səbəb olub. Hadisənin gecə saatlarında Maxaçkalanın Akuşinski prospektində baş verdiyi bildirilir. Şahidlərin dediyinə görə, 19 yaşlı gəncə zərblə çırpılan maşın onu 30 metr kənara atıb. Sükan arxasındakı şəxsin sürət həddini iki dəfə aşması məlum olub.

Dağıstanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, M.İmanəliev hələlik azadlıqdadır.

"Şübhəli şəxsin saxlanılması ilə bağlı əməliyyat tədbirləri həyata keçirilir. Hazırda qəza zamanı baş vermiş ölüm faktı araşdırılır”, adıçəkilən idarənin rəsmi nümayəndəsi belə deyib.

 

"A444KK" dövlət nömrə nişanlı avtomobilin sürücüsü M. İmanəliyevi Maxaçkalada hamı "küçə bespredelnik” i kimi tanıyıb.

Yerli sakinlər deyir ki, onun avtomobilini görən kimi dərhal yolu boşaldırlarmış. “Avtoş-bloger”in yol-hərəkət qaydalarını kobudcasına pozmasıyla bağlı videoları sosial şəbəkələrdə də geniş yer alıb. Onun şəxsi Instagram səhifəsində 56 min abunəçisi var.

Qəzadan sonra sosial şəbəkə izləyiciləri “avtoş”un ünvanına təhdidlər yağdırıblar və onun həbs olunmasını tələb ediblər.