​Dağıstanda İŞİD-ə tərəfdaş toplayanlar saxlanıldı

Baxış sayı:
2104

Dağıstan Respublikasında ötən gün zərərsizləşdirilən terrorçuların kimliyi məlum olub.
Muxalifet.az xəbər verir ki, bu barədə Dağıstanın Milli Terrorla Mübarizə Komitəsi məlumat yayıb. Qurum terrorçuların gəncləri İŞİD-ə cəlb etməklə məşğul olduğunu bildirib.
Komitənin məlumatına görə, terrorçulara yardım edən bir nəfər Kaspiysk sakini də saxlanılıb.
Qeyd edək ki, yanvarın 11-də 3 nəfər terrorçu Qafqaz avtomobil yolunun Qızılyurd-Mahaçqala hissəsində yol polislərinə hücum etdiklərinə görə zərərsizləşdirilib.