Dağıstanda daha bir MƏMUR HƏBS EDİLDİ

Baxış sayı:
2581

Dağıstan Gömrük Komitəsinin sədr müavini Araz Qalimov saxlanılıb.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı RBK agentliyi yayıb. Onun evində axtarış aparıldığı bildirilib.
Qalimovun sərhəddə qaçaqmalçılıq təşkil etdiyi vurğulanıb. Sədr müavini ilə bərabər, gömrük idarələrinin birinin də rəisi tutulub.