Dağıntılar altından ümid səsi: “Əzizə, hamını söhbətə tut, heç kim yatmasın” - VİDEO

Baxış sayı:
354

Türkiyənin Elazığ vilayətində zəlzələ zamanı dağıntılar altında qalan qadının telefon danışığı yayılıb.

Bu barədə “HaberGlobal” video yayımlayıb.

Bildirilir ki, dağıntılar altında qalan Əzizə adlı qadınla xilasetmə xidmətinin əməkdaşı arasında telefon rabitəsi yaradılıb.

Həmin şəxs Əzizədən dağıntılar altında qalanları danışdırmasını istəyib:

“Əzizə, hamını söhbətə tut, heç kim yatmasın. Qorxmayın, hamımız yuxarıdayıq”./Oxu.az