​Cümhuriyyətin ən gənc naziri olan Vəkilov kimdir?

Baxış sayı:
10597

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər naziri Mustafa bəy Vəkilovun vəfatından 53 il keçir.
Muxalifet.az xəbər verir ki, bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Mustafa bəy Vəkilov haqqında məqalə yenidən təkmilləşdirilərək oxucuların istifadəsinə verilib.
MEK-dən bildirilib ki, məqalədə Mustafa bəy Vəkilovun həyat və fəaliyyəti barədə ətraflı məlumat əksini tapıb.
Qeyd edilib ki, 1920-ci il fevralın 18-də 23 yaşlı M.Vəkilov Cümhuriyyətin daxili işlər naziri təyin edilib. O, hökumətin ən gənc naziri olub. İctimai-siyasi xadim M.Vəkilov ilk növbədə nazirliyə peşəkar hüquqşünas kadrlar cəlb etməyə çalışıb. M.Vəkilov daxili işlər naziri vəzifəsini inkişaf etdirərək, nazirliyin strukturlarını təkmilləşdirməyə nail olub. Özünü doğrultmağı bacaran M.Vəkilov bir sıra erməni qiyamlarının yatırıb, iğtişaşların qarşısını alıb. 1920-ci il aprelin 27-də baş verən hadisələrdən sonra Cümhuriyyətin işğalı ilə bərabər M.Vəkiloğlunun nazirliyi də sona çatıb. 1929-cu ildə Azərbaycan Milli Mərkəzindən istefa verərək Polşaya yerləşib. Daha sonra Almaniya, Fransa, İsveçrə kimi ölkələrdə fəaliyyət göstərib.
M.Vəkilov 1965-ci il noyabrın 1-də 69 yaşında Ankarada vəfat edib və orada dəfn olunub.