"Çukur" məhkəməyə verildi

Baxış sayı:
8995

Vəkil Funda Sadıqəhməd Alp "Çukur" serialını məhkəməyə verib.
Muxalifet.az
qaynarinfo-ya istinadən xəbər verir ki, vəkil "Show TV", kanalın qeyri-rəsmi məsul meneceri Səmra Tınaztəpə və "Ay Yapım" barədə vəkillik peşəsini təhqir, xalqı qanunlara əməl etməməyə təhrik etmək ittihamları irəli sürülüb.
29 oktyabr 2019-cu ildə dərc olunan seriyada vəkillik peşəsini təhqirə görə Səmra Tınaztəpənin günahkar olduğu iddia edilir. "Ay Yapım" tərəfindən çəkilən serialın həmin bölümündə vəkilə qarşı fiziki və mənəvi şiddətə yol verilir, müti göstərilir və "Sabah o adamlar azad ediləcək" deyə əmr verilir. 
İddiaya görə, izləyicilərin gözündə belə obraz yaratmaq və bunu normallaşdırmaq cinayətdir.