Cüdoçularımız Serbiyadan 5 medalla qayıdır

Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən cüdo üzrə Avropa açıq çempionatı başa çatıb.
Muxalifət.az AzVision.az-a  istinadən xəbər verir ki, yarışda əsas heyətlə çıxış etməyən Azərbaycan millisi bu gün aktivinə daha 2 medal yazdırıb.
Ağır çəkidə mübarizə aparan Cəlil Şükürov gümüş, 81 kq çəki dərəcəsində yarışan Fəqan Quluzadə isə bürünc medal qazanıb. Beləliklə millimiz Serbiya turnirində 1 gümüş, 4 bürünc medala sahib olub.