Çoxsaylı İran kateri ABŞ sualtı gəmisinə hücum etdi - VİDEO

Baxış sayı:
4394

İranla ABŞ arasında Hörmüz boğazında daha bir təhlükəli insident yaşanıb. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, İnqilab Keşikçiləri Korpusunun çoxsaylı sürətli katerləri sürü halında Birləşmiş Ştatlar donanmasının USS Georgia atom sualtı qayığının ətrafında təhlükəli manevrlər edib. Sualtı qayığın “Tomoqavk” raketləri daşıdığı bildirilir. İnsident sualtı qayıq bir neçə suüstü döyüş gəmilərinin müşaiyəti ilə Hörmüz boğazından keçdiyi vaxt baş verib. Qayığı ABŞ donanmasının 6 gəmisinin müşaiyət etdiyi bildirilir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanlığı bildirir ki, 15-dən yuxarı İran sürətli kateri sualtı qayığı müşaiyət edən gəmilərə 100-150 metrə qədər yaxınlaşıb və təhlükəli manevrlər edib. Bu zaman ABŞ-ın patrul gəmisi onlara tərəf iriçaplı pulemyotdan xəbərdarlıq atəşi açıb. İran katerləri xəbərdarlıq atəşindən sonra Amerika gəmilərindən uzaqlaşıb.

Bu, son bir neçə həftə ərzində İnqilab Keşikçiləri Korpusunun katerləri ilə ABŞ gəmiləri arasında baş vermiş üçüncü belə insidentdir. Pentaqonun nümayəndəsi Con Kirbi İran tərəfinin hərəkətlərini “təhlükəli və qeyri-peşəkar” adlandırıb.