​“Çox tənqid etdilər, o da başlarının yerini dəyişdi” – Prezidentdən qeyri-adi addım / FOTO

Baxış sayı:
5740

Polşa Prezidenti Ancey Duda maraqlı addım atıb.
Belə ki, prezident Vaşinqtona səfəri zamanı Donald Trampla çəkdirdiyi fotoya görə yerli ictimaiyyət tərəfindən kəskin tənqid olunub və həmin foto bir müddət ölkə gündəmini zəbt edib.
Bu tənqidlərə cavab olaraq Polşa-ABŞ arasında dünən keçirilmiş voleybol oyunundan sonra prezident öz “Tvitter” səhifəsində maraqlı bir foto paylaşıb:
“Mənə deyirlər ki, dünənki oyundan sonra ABŞ-Polşa münasibətlərində ciddi dəyişiklik baş verib. Mən gülməkdən öldüm!”