Çox sərt açıqlama: “Ordumuz İsraili xəritədən siləcək”

Baxış sayı:
4315

Livan Hizbullahının lideri Həsən Nasrallahın qızı Zeynəb Nasrallah xəbər saytı “Al-Qurbanəli”-yə verdiyi müsahibədə, "İsrailin taleyi bizim əlimizdədir. Keçmişdə sarsılmaz olan ordu xəritədən silinəcək. Və bizlər də Əl Aksa Məscidində dua edəcəyik" deyib.
 
İranın xəbər saytı “Al-Ahad”-da nəşr olunan müsahibədə, Nasrallahın qızı Zeynəb Nasrallah, atasının hərəkətlərindən qürur duyduğunu söyləyib.
 
İran sonda qalib gələcək
 
 İranlılara səbr tövsiyə edən Zeynəb Nasrallah, “Çətinliklər var və səbrli olmalıyıq. İran bütün gücü ilə sanksiyalara dözə bilir və günün sonunda qalib gələcəklər” deyib.
 33 yaşlı Zeynəb Nasrallah Amerika Birləşmiş Ştatlarını isə "Böyük Şeytan" kimi səciyyələndirib və İran İslam Respublikasının qurucusu Ayətullah Xomeynini də tərifləyib.
 
ABŞ ilə dostluq qurmaq yanlışdır
 
 ABŞ və İsraillə dostluq qurmağın yanlış və imkansız olduğunu deyən Zeynəb Nasrallah, müsahibəsində, “İsrailin taleyi bizim əlimizdədir. Keçmişdə sarsılmaz olan ordu xəritədən silinəcək. Bizlər də Əl Aksa Məscidində dua edəcəyik" deyib.
Zeynəb Nasrallah atası ilə bağlı sualları da belə cavablandırıb:
"Atamla çox fəxr edirəm, məni xoşbəxt edir və Hizbullahın baş katibi olması məni bir çox şeylərdən məhrum etsə də, həbsxana həyatı yaşatmadı.
 Hər qərarın özünəməxsus nəticələri var və Hizbullahın liderinin şərtləri nə olursa olsun, atamın və ailəmin həyatını anlayışla qəbul edəcəyimizə inanıram. Bizim üçün tək çətin hissəsi onu həsrətini çəkməyimizdir. Ancaq öhdəliklərini yerinə yetirdiyinə görə minnətdarıq.
Atam bəzi qəzetlərdə açıqlandığı kimi, həbsxana həyatı yaşamadı və gizlənmədi. Atam müqavimət və xalq uğrunda özünü fəda etməyə hazırdır.
 Şərtlər səbəbilə atam nəvələrini ildə bir neçə dəfə görə bilir. Onu bir ata və lider kimi görürəm və sözlərinə və tövsiyələrinə riayət edirəm, hər zaman onu dinləyib, itaət edəcəyəm".
Müxalifət.az