​"Çox məyusam" - NEYMAR

Baxış sayı:
6181

PSJ-nin hücumçusu Neymar komandasının Çempionlar Liqasının 1/8 finalında "Real"a uduzduğu cavab oyununu (1:2) şərh edib.
Qol.az-ın məlumatına görə, bununla bağlı braziliyalı hücumçu özünün "İnstagram" hesabında yazıb:
"Çox məyusam. Çünki komandam uduzdu. Ancaq daha çox ona görə məyusam ki, meydanda deyildim və komanda yoldaşlarıma kömək edə bilmədim. Fəxr edirəm ki, PSJ bu oyunda bütün gücünü ortaya qoydu".
Qeyd edək ki, Neymar zədə səbəbindən Madrid klubu ilə ikinci görüşü buraxıb.