COVİD-19 xəstəxanasında dəhşətli partlayış - FOTO

Baxış sayı:
1009

İtaliyanın Neapol şəhərində COVİD-19 virusuna yoluxmuş xəstələrin müalicə edildiyi Ponticelli Dəniz Xəstəxanasında güclü partlayış baş verib.

Müxalifet.az  Publika.az-a istinadən xəbər verir ki, xəstəxananın təsərrüfat hissəsinin yerləşdiyi ərazidə yerin altında güclü partlayış olub və ətrafda zəlzələ effekti yaranıb. Partlayışdan sonra ərazidə 20 metr dərinliyində və 50 metr enində nəhəng çuxur yaranıb və ərazidəki avtomobillər və sair çuxura düşüb.

Hadisədən sonra xəstəxananın elektrik enerjisi ilə təminatı dayansa da, dərhal generatorlar işə üşüb və xoşbəxtlikdən ölən olmayıb.

İlkin məlumata görə, partlayışa yerlatı qaz borusundakı sızma səbəb olub.