Con Kerridən Trampla bağlı ŞOK AÇIQLAMA

Baxış sayı:
694

ABŞ-ın sabiq dövlət katibi Con Kerri ölkə başçısı Donald Tramp haqqında sərt açıqlamalar verərək onu xalqı aldatmaqda ittiham edib.

Muxalifet.az Lenta.ru saytına istinadən xəbər verir ki, o, bu sözləri Qlobal İqlim Hərəkatının zirvə toplantısında çıxışı zamanı deyib. C.Kerri bildirib ki, prezident Donald Tramp amerikalılara pafoslu yalanlar danışır:

"Qlobal iqlim problemlərinin həlli istiqamətində işlər görülür. Lakin Tramp hamınıza yalan danışır. 2015-ci ildə əldə edilən Paris razılaşmasına əsasən, ABŞ iqlim problemlərində xüsusi rolu olan Çini danışıqlara sövq etmək üçün önəmli addımlar atıb. Bu gün ABŞ-ın sözügedən anlaşmadan kənara çəkilmək cəhdi olduqca səhv addımdır. Başqa bir tərəfdən dövlət büdcəsinin bu qədər azaldılması da, özü ilə yanaşı risk faktorlarını artırır".