Con Bolton Maduronu mahnı sözləri ilə təhdid etdi

Baxış sayı:
7954

 ABŞ-ın milli təhlükəsizlik müşaviri Con Bolton Venesuela prezidenti Nikola Maduroya əfsanəvi sənətçi Bob Dylan-ın bir mahnısından sitat gətirərək, "Ətrafındakı suların yüksəldiyini qəbul et. İndi üzməyə başlasan yaxşı edərsən, yoxsa bir daş kimi batacaqsan" deyib.
 
Bolton artıq Venesuelada zamanın dəyişdiyini deyib.
 
GUAİDODAN ƏSGƏRLƏRƏ MESAJLAR
 
 Özünü Venesuelanın müvəqqəti prezident elan edən Xuan Guaido isə, "Əsgər dinlə" adı altında bir kampaniya başlayaraq mesajlar verib. Kampaniya çərçivəsində, Venesuela ordusundan humanitar yardımın ölkəyə girişinə icazə verməsi tələb olunub. Kampaniyanın mahiyyəti isə, "Bu mesaj yardımların gələcəyi bölgələr üzrə məsul olan hər bir hərbiçiyə. Rahat bir şəkildə humanitar yardımları yerinə çatdıraq. İnamımız hamılıqla bərabər hakimiyyət qəsbinin sona çatmasını təmin etməkdir" şəklində tanıdılıb.
 
CUCUTADA CÜMƏ GÜNÜ MƏRASİM KEÇİRİLƏCƏK
 
 Venezulea böhranı regionda təsirini davam etdirərkən Çilinin dövlət başçısı Sebastin Pinera da humanitar yardımın Venesuelaya girişini dəstəkləmək üçün Kolumbiyanın dövlət başçısı Ivn Duque ilə bərabər Cucutaya getmək qərarı verib. Cümə günü Kolumbiyada olacağını açıqlayan Pinera, "Venesuela xalqının azadlıqlarını və demokratiyanı yaxşılaşdırmaq üçün beynəlxalq dəstəyə ehtiyacı var" deyib. Paraqvayın dövlət başçısı Mario Abdo Benitez də Venesuelaya humanitar yardım edilməsi üçün Cucutada keçiriləcək mərasimə qatılacaq. Abdo cümə günü Kolumbiyada olacaq.
Müxalifət.az