"Coker" filmi Venesiya Film Festivalının əsas mükafatına layiq görüldü

Baxış sayı:
5165

Venesiya Film Festivalının "Müqəddəs Markın Qızıl Aslanı" mükafatına amerikalı Todd Fillipsin "Coker" filmi layiq görülub. Muxalifet.az trend-ə istinadən bildirir ki, Lido adasındakı Kino Sarayında keçirilən mərasim Venesiya Biennalesinin saytında yayımlanıb. 76-cı Venesiya Film Festivalının ən yaxşı aktyoru "Martin Eden" filmində oynayan italyan Luka Marinelli seçilib. Film Cek Londonun eyni adlı romanı əsasında çəkilib. Həmin filmdə L.Marinelli Martin İden rolunda çəkilib.