​Cənubi Osetiya Kataloniyada nümayəndəlik açdı

Qondarma Cənubi Osetiya Kataloniyada öz rəsmi nümayəndəliyini açıb.
Bunu “Reqnum” agentliyinə açıqlamasında qondarma respublikanın “xarici işlər naziri” Dmitri Medoyev söyləyib. Onun sözlərinə görə, “rəsmi nümayəndəlik” oktyabrın 24-də açılıb.
Qeyd edək ki, Cənubi Osetiya Gürcüstanın tərkib hissəsidir. 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra bu qondarma respublika yaranıb. Moskva bu müdaxilədən az sonra Cənubi Osetiyanın “müstəqilliyini” tanıyıb.