​Cənubi Koreyanın Pxenyanı MƏHV PLANI - ŞOK SSENARİ

Cənubi Koreya höküməti bildirib ki, rəsmi Pxenyanın nüvə silahı ilə hücum edəcəyi məqamda Şimali Koreyanın paytaxtının tam məhv edilməsi planına sahibdir.
Cənubi Koreya hökümətinə yaxın Yonhap xəbər agentliyi yazır ki, plan parlament üzvlərinə təqdim edilib.
Planda Pxenyanın hər bir rayonunun ballistik raketlər və uzaqməsafəli toplarla məhv edilməsinə dair məlumatlar yer alır.
Bu, Şimali Koreyanın indiyə kimi ən böyük nüvə silahını sınaqdan keçirməsindən iki gün sonra baş verir.
BBC-nin Seuldakı müxbiri Steve Evans deyir ki, həm Şimali, həm də Cənubi Koreya bir-birinin paytaxt şəhərlərini məhv edə biləcək böyük miqdarda adi, qeyri-nüvə silahlarına sahibdirlər. Seul, Pxenyanın nüvə silahlanmasına qarşı müdafiə tədbirləri görsə də bunlar şimallıların ambisiyaları qarşısında yetərsiz qalıb.
Müxbirimiz deyir ki, hər iki ölkə liderlərinin verdiyi bəyanatlar qan dondurucudur.
Şimali Koreya iddia edir ki, onlar beçinci nüvə sınağını uğurla həyata keçirib. Mediada yayılan açıqlama nüvə sınağı keçirilən əraziyə yaxın yerlərdə yüksək seysmik hadisə qeydə alındıqdan bir neçə saat sonra yayılıb.