​Cənubi Koreyadan ABŞ-a xəbərdarlıq: Müharibə...

Donald Tramp Seul hökumətinin təsdiqləmədiyi halda heç bir şəkildə Şimali Koreyaya qarşı hərbi müdaxilə variantına əl atmamalıdır.
Bu barədə Cənubi Koreyanın iqtidar partiyasının sədri Ço Mi danışıb.
 “Tramp bütün variantların masa üzərində olduğunu tez-tez vurğulayır. Biz yeni bir müharibə variantının heç vaxt müzakirə mövzusu olmayacağına əmin olmaq istəyirik. ABŞ heç bir halda Cənubi Koreyanın təsdiqləmədiyi hərbi müdaxilə variantına öz qərarı ilə əl atmamalıdır. Əlimizdəki bütün mümkün variantlardan istifadə edib məsələni sülh yolu ilə həll etməliyik”, - partiya sədri bildirib.
Qeyd edək ki, Şimali Koreya BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayaraq nüvə-raket sınaqlarına davam edəcəyini açıqlayıb./axar/