​Cənubi Koreyada vertolyot qəzası - 1 ölü

Baxış sayı:
4798

Cənubi Koreyada meşə yanğınlarının söndürülməsi üçün istifadə olunan Ka-32 tipli vertolyot qəzaya uğrayıb.
Muxalifet.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Meşə Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Hadisə nəticəsində vertolyotda olan 3 nəfərdən 1-i həlak olub. Digər 2 nəfər yaralanıb.
Hadisənin səbəbləri araşdırılır. Faktla bağlı istintaq başladılıb.