​Cənubi Azərbaycanda 11 terrorçu zərərsizləşdirilib

Baxış sayı:
1936

İran İslam İnqilabı Keşikçiləri Korpusu Cənubi Azərbaycanda terrorçu qruplaşmanı zərərsizləşdirdiyini bildirib.
Muxalifet.az İran mətbuatına istinadən xəbər verir ki, Üşnəviyyədə ən azı 11 terrorçu zərəsizləşdirilib.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) bəyanatında həmin qruplaşmanın ölkə ərazisinə ölkədə stabilliyi pozmaq üçün soxulduğu bildirilir.
“Dünən axşam Üşnəviyyə rayonundan ölkədə sabitliyi pozmaq və təxribatlar törətmək istəyən qlobal təkəbbür və xarici kəşfiyyat xidmətləri ilə bağlı terrorçu qrup zərərsizləşdirilib. Onlar İİKK-nın Həmzə Seyyid əl-Şühəda bazasındakı cəsur döyüşçülərinin pusqusuna düşüb” – bəyanatda bildirilir.
Əməliyyat nəticəsində daha 6 terrorçu yaralı olaraq ələ keçirilib.
Qeyd edək ki, iyulun 20-də  İranın Kürdistan vilayətində ən azı 10 nəfər İİKK döyüşçüsünün terrorçular tərəfindən öldürüldüyü barədə xəbər verilib.