​Cənubda daha bir rayon silkələndi - Yeniləndi

Baxış sayı:
3208

Lənkəranda da zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, saat 21:11-də Lənkəran stansiyasından 10 km qərbdə, Lənkəran ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss edilib.
Yeraltı təkanların maqnitudası 3,7, dərinliyi 16 km olub.