CNN: Yaxın Şərqdəki ABŞ qoşunları yüksək döyüş hazırlığına gətirildi

Baxış sayı:
2638

Yaxın Şərqdəki ABŞ qoşunları, xüsusən də Patriot zenit-raket sistemləri, İran dronlarının vurulması ehtimalı ola biləcəyindən, dünən gecə yüksək döyüş hazırlığına gətirilb. Bu barədə çərşənbə axşamı CNN ABŞ-ın iki rəsmisinə istinadən məlumat yayıb.
Televiziya şirkəti, "ortaya çıxan təhdidləri daha yaxından izləməyə dair göstərişlər verildi", onlardan birinin sözünü təqdim etdi. Digəri isə, təhlükə ilə bağlı "bölgədə yerləşdirilən bütün Patriot batareyaları və hissələri hazır vəziyyətə gətirildi " dedi. Bu rəsmilərin sözlərinə görə, Yaxın Şərqdəki ABŞ qoşunları bir neçə gündür ki, yüksək döyüş hazırlığı vəziyyətindədirlər.
Televiziya şirkətinin qeyd etdiyi kimi, "ABŞ kəşfiyyat məlumatları əsasında, ABŞ-ın İraq, Küveyt, Səudiyyə Ərəbistanı, BƏƏ və İordaniyadakı hədəflərinə hücum ehtimalını izləyir".

Muxalifet.az