CNN xəbər verdi: BMT-də Nikki Haley-in yerinə Hazer Nayert

Baxış sayı:
2011

CNN televiziyası, Trampın müşavirləri ilə BMT Daimi Nümayəndəliyi vəzifəsinə gətirməyi düşündüyü şəxsin Xarici İşlər Nazirliyinin sözçüsü Hazer Nayert olduğu məlumatını verdiyini və bu həftə Nayertə vəzifə təklif ediləcəyini iddia edib.
 
NİKKİ HALEYİN YERİNƏ KEÇƏCƏK
 
Nayert, namizəd göstərilib, ABŞ Senatında təsdiq olunandan sonra Xarici İşlər Nazirliyindəki xidməti vəzifəsini qoyub, Nikki Haleynin yerinə keçəcək.
Qeyd edək ki, Trampın, BMT Daimi Nümayəndəliyi vəzifəsinə ABŞ-ın Almaniyadakı səfiri Riç Grennell, Parisdəki səfiri Jamie Mccourt və Kanadadakı səfiri Kelly Craftı da namizəd göstərməyi düşündüyü xəbərləri Amerikan mediasında yer almışdı.
 
NİKKİ HALEY SÜRPRİZ ŞƏKİLDƏ İSTEFA ETMİŞDİ
 
Qeyd edək ki, Trampın kabinetində çox az sayda qadınlardan biri olan və Hindistan mənşəli köçəri bir ailədən gələn Nikki Haley, BMT Daimi Nümayəndəliyi vəzifəsindən sürpriz şəkildə istefa vermişdi.
Müxalifət.az