​CNN: “TÜRKİYƏ ABŞ İLƏ İSRAİLİN PLANLARINI POZDU!"

Baxış sayı:
8218

Muxalifət.az xəbər verir ki, Amerikanın CNN kanalı Qəzza sərhədində baş verən hadisələrdən sonra Vaşinqton iqtidarı ilə qalan dünya arasındakı uçurumun daha da dərinləşdiyini bildirib.
Fransa öz açıqlamasında ABŞ-ın səfirliyi köçürmək addımını dəstəkləmədiyini bəyan edib.
Küveyt isə fələstinlilərin müdafiəsi üçün hazırlanan qanun layihəsini BMT-nin Təhlükəsizlik Şurasına təqdim edəcəyini bildirib.
Almaniyanın baş naziri Angela Merkel də israilli həmkarı Benyamin Netanyahu ilə telefonla danışaraq, zorakılıq hadisələri ilə bağlı narahatlığını çatdırıb.
“CNN International” ABŞ-ın Qüdsü İsrailin paytaxtı olara tanımaq və səfirliyini Tel-Əvivdən bu şəhərə köçürmək qərarının Vaşinqton hökuməti ilə qalan dünya arasında uçurum yaratdığını, BMT üzvü olan ölkələrin Qəzza sərhədindəki qətliamı hiddətlə qarşıladığını, eyni zamanda ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Niki Heylinin “Hamas”ı ittiham eləməsi ilə böhranın daha da dərinləşdiyini bildirib.
Prezident R.T.Ərdoğanın London səfəri zamanı mətbuat konfransında çıxış edən Tereza Mey İsrailin dinc nümayişçilərə güllə yağdırmasını “olduqca qorxunc” hadisə kimi qiymətləndirib və bu məsələ ilə bağlı müstəqil istintaqın başladılmasını tələb edib. Prezident Ərdoğan da Amerikanın öz səfirliyini Qüdsə köçürmək qərarını qınayıb.
İngiltərənin Yaxın Şərq üzrə məsul naziri Alistair Bart da İngiltərənin BMT-də təcili istintaq başladılması istiqamətində çalışdığını bildirib./Hurriyyet.org