​Əcnəbilərin evindən dollar oğurlayan şəxs tutuldu

Oktyabrın 26-da Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Salyan rayon sakini Elman Axundova məxsus “BYD” markalı avtomobildən 9242 manat pul oğurlanıb.
Muxalifet.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Röyal Həsənov tutulub.
Həmçinin, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il avqustun 15-də rayon ərazisində 4 əcnəbi vətəndaşın kirayədə yaşadıqları evdən 500 manat və 4200 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Bayramov tutulub.