“Cəmiyyətin bir hissəsi pensiya yaşının artırılmasını istəyir” - YAP-çı deputatdan QALMAQALLI AÇIQLAMA

Baxış sayı:
11119

“Müəyyən kateqoriya qruplar üçün pensiyaya çıxmaqla bağlı yaş həddini azaltmaq olar. Bu, mənim düşüncəmdir, 3 və daha çox uşağı olan anaların pensiya yaşını azaltmaq, güzəştli pensiyaya çıxmaq kateqoriyasındakı şəxslərin sayını artırmaq olar”.

Muxalifet.az-ın xəbərinə görə, bunu deputat, hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Aydın Mirzəzadə deyib.

“Ola bilər ki, kimlərsə pensiya yaşını gözləmədən az məbləğlə pensiyaya çıxmaq istəyər. Bu məsələ müzakirə edilə bilər. Bir sözlə mənə elə gəlir ki, bu məsələni müzakirə etməyə dəyər. Cəmiyyətin bir hissəsi pensiya yaşının artırılmasını istəyir. Onlar 65 yaşında, qadınlar isə daha aşağı yaşda pensiyaya çıxmağı özləri üçün sərfəli hesab etmirlər. Cəmiyyətin heç də hamısı pensiya yaşının aşağı salınmasını tələb etmir. Bir qism əksinə pensiya yaşının artırılmasını istəyir, pensiyaya məcburi göndrilmələrinə etiraz bildirirlər. Belə baxış da var”./Turan