Cəmil Həsənlinin qızının şikayətinə Ali Məhkəmədə baxılacaq

Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin kassasiya şikayətinə baxılması vaxtı məlum olub.
 
Məhkəmə prosesi sentyabrın 6-da hakim Əli Seyfəliyevin sədrliyi ilə keçiriləcək.
Xatırladaq ki, Günel Həsənli 2014-cü ilin sentyabrında 87 yaşlı Adilə Səlimovanı avtomobillə vurmaqda təqsirli bilinib.  22 fevral 2015-ci il tarixdə Yasamal rayon məhkəməsi  cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə il yarım müddətinə  onu   azadlıqdan məhrum edib. Apellyasiya məhkəməsi 19 noyabr 2015-ci ildə həmin hökmü qüvvədə saxlayıb. Bu ilin mart ayında bütün məntəqə tipli cəzaçəkmə məntəqəsində cəza çəkənlər kimi Günel Həsənli də əfv fərmanını ilə azadlığa çıxıb.
Milli Şura sədri Cəmil Həsənli  bu məsələnin ona təzyiq vasitəsi kimi qondarıldığını bildirib.