Cəmi bir gün nazir ola bildi, arvadına görə işdən çıxardılar – FOTO

Baxış sayı:
4675

Estoniyada informasiya texnologiyaları və xarici ticarət naziri təyin olunan Marti Kuuziki ertəsi gün işdən kənarlaşdırıblar. Belə ki, prezident Kersti Kalyulayd bir sutka sonra onu vəzifədən uzaqlaşdırıb.
Bizimyol.info xəbər verir ki, dövlət başçısı baş nazir Yuri Ratasanın təklifini nəzər alıb. İş orasındadır ki, dünən yeni nazirə qarşı cinayət açılıb. O, həyat yoldaşına illərlə mənəvi və fiziki terror tətbiq etməkdə ittiham olunur. Virus dairə prokurorluğunun məlumatına görə, fiziki güc tətbiqetmə maddəsi ilə cinayət işi başlanıb. Kuuzik işi ona qarşı informasiya əməliyyatı adlandırıb.
Maraqlıdır ki, nazirin həyat yoldaşı faktı inkar edir. Karin Kuuzik deyir: “Əvvəllər də jurnalistlərə demişəm, Marti mənə qarşı heç vaxt güc tətbiq etməyib. Qolumun sındığı hər iki insident bədbəxt hadisənin nəticəsidir. Martinin heç bir günahı yoxdur”.
Marti Kuuzik Estoniyanın yeni hökumətinə daxil idi. Nazir bazar ertəsi andiçmədən sonra işə başlamışdı. Maraqlıdır ki, Kuuzik and içəndə Estoniya prezidenti zalı tərk etmişdi.