​Cəlilabadda kütləvi zəhərlənmə - Prokurorluq araşdırmalara başladı

Baxış sayı:
6196

Cəlilabad Rayon Prokurorluğu rayon ərazisindəki mağazada baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb.
Muxalifet.az bildirir ki, rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, fevralın 28-də şəhər ərazisində yerləşən "GREEN STORE" mağazası işçilərinin kimyəvi maddələrlə zəhərlənmələri faktı ilə bağlı araşdırma aparılır.
Baş vermiş hadisə ilə bağlı polis və prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, baxış zamanı maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub.
Hadisə ilə bağlı izahatlar alınıb, mağazada quraşdırılan müşahidə kameralarının video görüntüləri götürülüb.
Xatırladaq ki, fevralın 28-də axşam saatlarında şəhər ərazisində yerləşən "GREEN STORE" mağazası işçiləri arasında kütləvi zəhərlənmə hadisəsi baş verib.
Hadisə nəticəsində mağazanın 15 əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.