Cəlilabadda iki toyda kütləvi dava: Yaralılar var

Baxış sayı:
2137

Ötən gecə Cəlilabad rayonunda keçirilən iki toy mərasimində kütləvi dava baş verib.
Report-un məlumatına görə, ilk hadisə rayonun Uzuntəpə kəndinə qeydə alınıb.
Buradakı mərasimdə kənd sakinləri, iki qardaş - 1994-cü il təvəllüdlü Həsənov Şamxal İlham oğlu və 1997-ci il təvəllüdlü Həsənov Adəm İlham oğlu döyülüblər.
Yaralılara Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müvafiq tibbi yardım göstərilib.
Daha bir kütləvi dava rayonun Göytəpə şəhərində olub. 1984-cü il təvəllüdlü şəhər sakini Allahverdiyev Tural Əyyar oğlu tanıdığı şəxslər tərəfindən döyülüb.
Yaralıya xəstəxanada ilkin tibbi yardım göstərilib.
Hər iki faktla bağlı araşdırma aparılır.