​Cəlilabadda fəhlələri daşıyan mikroavtobus yandı, 1 NƏFƏR...

Baxış sayı:
4330

Cəlilabadda mikroavtobus yanıb.
Hadisə Əliqasımlı kəndində baş verib.
Belə ki, Biləsuvar rayonuna məxsus fəhlə daşıyan mikroavtobus anidən alovlanmağa başlayıb. Fəhlələr avtobusdan təxliyyə edilib, alov isə daha da güclənib. Hadisə yerinə FHN-nin Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğın söndürülüb.
İlkin məlumata görə, hadisə zamanı 1 nəfər huşunu itirib. Ona hadisə yerində ilkin yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır(report).