Cəlilabadda dərman üstündə "qırğın" - VİDEO

Baxış sayı:
1614

Bura Cəlilabaddır. Koronavirusun ən çox can aldığı ölkələrdən olan İranla həmsərhəd bölgəmiz. İrandan ölkəmizə gətirilən koronavirus şübhəlilərinin karantin altına alındığı tibb mərkəzlərindən biri də bu şəhərdə yerləşir. Məntiqlə, sakinlərinin ən çox izoliyasiya tədbirlərinə ehtiyac duyulan rayonların başında gəlir Cəlilabad.

Az qala bir-birinin üzərinə dırmaşa-dırmaşa nəsə almağa çalışan bu insanlar isə Cəlilabadın şəkər xəstələridir. Almaq istədikləri isə dərmandır.

Onu da xatırladaq ki, korovirusun ən çox təhdid etdiyi insanların arasında diabet xəstələri də var. Üstəlik, videoda yarışanların əksəriyyətinin yaşı 65-in üzərindədir. Başqa sözlə desək, bu adamların hər biri potensial koronavirus qurbanlarıdır və təhlükənin mərkəzində bir-biriylə yarışırlar.

 

Əslində bu hal təkcə Cəlilabad diabet xəstələri üçün də keçərli deyil. Bakının istənilən poliklinkasında hər ayın əvvəlində bu cür görüntülərlə rastlaşa bilərik. Bu insanlar isə keflərindən yarışmırlar. Bütün xəstələrin eyni gündə dərman almaq həvəsinə düşməsinin çox önəmli səbəbi var: ayın ilk günləri haqq etdikləri dərmanı ala bilməsələr, ya dərmansız qalacaqlar, ya da onu yaxınlıqlardakı apteklərdən alacaqlar (Mən bunu hər ay dərman yarışını seyr edən şəkər diabeti kimi deyirəm). Çünki poliklinikaların rəhbərlikləri yumurtadan yun qırxmaq qabiliyyətinə malik fitri istedad sahibləridir və onlar fəlakətlərdən yaxşı pul çıxarmağı bilirlər./Ovqat.com