Cəlilabadda avtomobil aşdı: 2 NƏFƏR ÖLDÜ

Baxış sayı:
6034

Cəlilabad rayonunun Alar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən (DİN) Huriyyet.org-a verilən məlumata görə, mayın 5-i saat 5 radələrində Cəlilabad şəhər sakini Məmməd Məmmədov idarə etdiyi "Hyundai Tucson" markalı avtomobili aşırıb.
Nəticədə sürücü və sərnişin Fərəcağa Fərəcov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.