​Cəlilabadda 25 yaşlı gənci tanışları xəstəxanalıq etdi

Baxış sayı:
2713

Cəlilabad rayonunda 25 yaşlı gənc döyülüb.
Muxalifet.az xəbər verir ki, hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Emin Əjdər oğlu Əmirov döyülüb. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Yaralı tanıdığı şəxslər tərəfindən döyüldüyünü açıqlayıb.
Faktla bağlı araşdırma aparılır.