​Cəlilabad sakini həmyerlisinə 12 BIÇAQ ZƏRBƏSİ VURUB

Hadisəni törədən şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb
Cəlilabad sakini həmkəndlisini bıçaqlayaraq onu öldürmək istəyib.
"Report"un məlumatına görə, hadisə rayonun Göytəpə şəhərində baş verib.
Belə ki, Göytəpə şəhər sakini, Namiq Bəxtiyar oğlu İmanov mübahisə zəminində həmkəndlisi  Siyasət Baba oğlu Əhmədova 12 bıçaq zərbəsi vuraraq onu öldürməyə cəhd edib. Ağır bıçaq yaraları alan S.Əhmədov xəstəxanaya yerləşdirilib və həkimlər tərəfindən əməliyyat olunaraq onun həyatı xilas edilib.
Hadisəni törədən şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 29,120 (öldürməyə cəhd) maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.