Cəlilabad sakini bir neçə nəfər tərəfindən döyüldü

Baxış sayı:
7240

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

Hadisə Suluçeşmə kəndində qeydə alınıb. Belə ki, kənddə bir neçə nəfər arasında yaranan mübahisə dava ilə nəticələnib. Dava zamanı kənd sakini, 1985-ci il təvəllüdlü Mirzəyev Tural Natiq oğlu döyülüb.

Yaralı xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır. (report)