Cəlilabad rayonunda tenderləri kimlər udur? - MƏBLƏĞLƏR - SİYAHI

Baxış sayı:
4135

Ötən ilin yanvar-dekabr aylarında Cəlilabad rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 704 min 234 manat olan 24 tender keçirilib.

Ən çox tender keçirən Cəlilabad rayon Mərkəzi Xəstəxanası olub. Cəlilabad rayon Mərkəzi Xəstəxanası ümumi məbləği 465 min 72 manat olan 15 tender müqaviləsi bağlayıb.
Cəlilabad rayon İcra Hakimiyyəti 6 tenderinin ümumi məbləği 174 min 880 manat olub. Dövlət qurumunun 6 tenderinin 5-ni "UĞUR-96"MMC qazanıb.

Cəlilabad rayonunda keçirilən məbləği 100 mindən çox olan 1 tenderi İcra Hakimiyyəti keçirib. Tenderin qalibi "CƏNUB-2000"MMC şirkəti olub. Tenderin məbləği 136 min 117 manat olub.

Bundan başqa "ROYAL PLUS"MMC Cəlilabad rayon Mərkəzi Xəstəxanasının 3 tenderini qazanıb. Şirkətin qazandığı 3 tenderin ümumi məbləği 148 min 60 manat olub.

2019-cu ildə Cəlilabad rayonunda keçirilən tenderləri təqdim edirik.

Cəlilabad rayonunda tenderləri kimlər udur?
Cəlilabad rayonunda tenderləri kimlər udur?
Cəlilabad rayonunda tenderləri kimlər udur?

/Fed.az/