ÇL: Qrup mərhələsinə vəsiqə qazanan 5 komandanın adı məlum oldu

Baxış sayı: 89

Avropanın ən nüfuzlu klub turnirində qrup mərhələsinə ilk vəsiqənin sahibi Qazaxıstanda rəsmiləşib
 
Futbol üzrə Çempionlar Liqasının (ÇL) "pley-off" mərhələsinin ilk 5 cavab görüşü keçirilib.
Avropanın ən nüfuzlu klub turnirində qrup mərhələsinə ilk vəsiqənin sahibi Qazaxıstanda rəsmiləşib.
Paytaxt Astanada eyniadlı klub Şotlandiya "Seltik"ini sınağa çəkib. Meydan sahibləri 4:3 hesabı ilə qalib gəlsələr də, ilk görüşdə 0:5 hesabı ilə uduzduqları üçün ÇL-də mübarizəni dayandırıblar. Əvəzində "Astana" Avropa Liqasının qrup mərhələsində çıxış edəcək.
Qalan 4 oyuna gəlincə, ilk dəfə Çempionlar Liqasında mübarizə aparan Türkiyənin "Başakşehir" klubu İspaniyada "Sevilya" ilə görüşdə 2:2 hesablı heç-heçə etsə də, İstanbulda 1:2 hesabı ilə uduzduğu üçün Avroliqanın qrupuna düşüb. "Seltik" və "Sevilya"dan əlavə, Sloveniya "Maribor"u, Yunanıstan "Olimpiakos"u və İtaliya "Napoli"si ÇL-də qrup mərhələsinə vəsiqə qazanıb. "Astana" və "Başakşehir"lə yanaşı, İsrailin "Hapoel" (Beer-Şeva), Xorvatiyanın "Riyeka" və Fransanın "Nitsa" komandaları mübarizəni Avroliqanın qrup mərhələsində davam etdirəcəklər.
Çempionlar Liqası
"Pley-off" mərhələsi, cavab görüşləri
22 avqust
19:30. "Astana" (Qazaxıstan) - "Seltik" (Şotlandiya) - 4:3
Qollar: Kristoffer Ajer, 26-öz qapısına. Serikjan Mujikov, 48. Patrik Tvumasi, 49; 69 - Skott Sinkleyr, 34. Olivye Ntçam, 80. Li Qriffits, 90
"Astana Arena"
İlk oyun - 0:5
22:45. "Maribor" (Sloveniya) - "Hapoel" (Beer-Şeva, İsrail) - 1:0
Qol: Mitya Viler, 15
Maribor, "Lyudski vrt" stadionu
İlk oyun - 1:2
22:45. "Riyeka" (Xorvatiya) - "Olimpiakos" (Yunanıstan) - 0:1
Qol: Marko Marin, 25
Riyeka, HNK stadionu
İlk oyun - 1:2
22:45. "Nitsa" (Fransa) - "Napoli" (İtaliya) - 0:2
Qollar: Xose Kalyexon, 48. Lorentso İnsinye, 89
Nitsa stadionu
İlk oyun - 0:2
22:45. "Sevilya" (İspaniya) - "Başakşehir" (Türkiyə) - 2:2
Qollar: Serxio Eskudero, 52. Vissam Ben Yedder, 75 - Elcero Elia, 17. Edin Vişça, 83
Sevilya, Ramon Sançes Pisxuan stadionu
İlk oyun - 2:1
Daha 5 cavab görüşü bu gün olacaq:
22:45. "Slaviya" (Praqa, Çexiya) - APOEL (Kipr)
Praqa, "Eden Arena"
İlk oyun - 0:2
22:45. "Kopenhagen" (Danimarka) - "Qarabağ" (Azərbaycan)
Kopenhagen, "Parken" stadionu
İlk oyun - 0:1
22:45. "Styaua" (Rumıniya) - "Sportinq" (Portuqaliya)
Buxarest, "Nasyonal" stadionu
İlk oyun - 0:0
22:45. "Liverpul" (İngiltərə) - "Hoffenhaym" (Almaniya)
Liverpul, "Enfild" stadionu
İlk oyun - 2:1
22:45. MOİK (Moskva, Rusiya) - "Yanq Boyz" (İsveçrə)
Moskva, MOİK stadionu
İlk oyun - 1:0.