ÇL: "Pley-off" mərhələsinin ilk 5 oyununun nəticələri

Cavab oyunları avqustun 22-23-də olacaq
 
Futbol üzrə Çempionlar Liqasında "pley-off" mərhələsinin ilk 5 oyunu keçirilib.
Açılış matçında Azərbaycan təmsilçisi "Qarabağ" Danimarka "Kopenhagen"ini minimal hesabla yenib. Qalan oyunlardan daha 2-də qapılara qollar vurulub.
İngiltərə "Liverpul"u Almaniyada "Hoffenhaym"ı 2:1 hesabı ilə yenərək, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqəni böyük ölçüdə təmin edib. Rusiya MOİK-i İsveçrədə "Yanq Boyz"u 90-cı dəqiqədə avtoqolla məyus edib. Çexiya "Slaviya"sını Kiprdə 2 cavabsız qolla yenən APOEL də qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə xeyli yaxınlaşıb. Daha bir görüş isə qolsuz yekunlaşıb.
Çempionlar Liqası
"Pley-off" mərhələsi, ilk oyunlar
15 avqust
"Sportinq" (Portuqaliya) - "Styaua" (Rumıniya) - 0:0
Lissabon, "Joze Alvelade" stadionu
"Hoffenhaym" (Almaniya) - "Liverpul" (İngiltərə) - 1:2
Qollar: Mark Ut, 87 - Trent Aleksander-Arnold, 35. Ceyms Milner, 74
Yerinə yetirilməyən penalti: Andrey Kramariç, 12 ("Hoffenhaym")
Sinshaym, "Rayn-Nekkar Arena"
"Yanq Boyz" (İsveçrə) - MOİK (Moskva, Rusiya) - 0:1
Qol: Kasim Nuhu, 90+1 - öz qapısına
Bern, "Stad de Suiss"
APOEL (Kipr) - "Slaviya" (Praqa, Çexiya) - 2:0
Qollar: İqor De Kamarqo, 2. Statis Aloneftis, 10
Nikosiya, GSP stadionu
Daha 5 qarşılaşma bu gün olacaq:
"Napoli" (İtaliya) - "Nitsa" (Fransa)
Neapol, "San-Paolo" stadionu
"Başakşehir" (Türkiyə) - "Sevilya" (İspaniya)
İstanbul, Fatih Terim stadionu
"Hapoel" (Beer-Şeva, İsrail) - "Maribor" (Sloveniya)
Beer-Şeva, "Turner" stadionu
"Seltik" (Şotlandiya) - "Astana" (Qazaxıstan)
Qlazqo, "Seltik Park"
"Olimpiakos" (Yunanıstan) - "Riyeka" (Xorvatiya)
Pirey, Georgios Karaiskakis stadionu
Bu görüşlər də saat 22:45-də başlanacaq. Qeyd edək ki, cavab oyunları 22-23 avqustda olacaq.